NATO Rusiyaya qarşı "qalxan" yaratmağı planlaşdırır

NATO Rusiyaya qarşı "qalxan" yaratmağı planlaşdırır backend

NATO Hərbi Komitəsinin sədri Bauer: "Alyans Rusiyaya qarşı qalxan yaratmaq niyyətindədir"

NATO-nun Hərbi Komitəsinin vəzifəsini tərk edən rəhbəri Rob Bauer bəyan edib ki, alyansın yeni hərbi planlarına “Rusiyaya qarşı qalxan” yaradılması daxildir.

Qaziler.az bildirir ki, onun sözlərini TASS sitat gətirir.

NATO Hərbi Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında Bauer aydınlaşdırıb ki, alyansın hərbi planları Moskvadan müşahidə edilən təhdidlərə cavab olaraq hazırlanıb.

Onun sözlərinə görə, NATO hazırda “bu planların həyata keçirilməsi prosesindədir, hər bir müttəfiq alyansın bu qalxanının yaradılmasına öz töhfəsini verməlidir”.

QAZİLER.AZ

Diaspora