Estoniya hakimiyyəti Rusiya ilə sərhədin möhkəmləndirilməsinə 30,5 milyon avro sərmayə qoymağı planlaşdırır.
Qaziler.az bildirir ki, bu barədə "Severnoye poberejye" qəzeti Baltikyanı respublika hökumətinin ofisinə istinadən yazıb. Qeyd olunub ki, 12 milyon avrodan çox vəsait pilotsuz sistemlərə xərclənəcək.
“Şərq sərhədinin infrastrukturunun gücləndirilməsinə və genişləndirilməsinə, müşahidə imkanlarının inkişafına böyük diqqət yetirilir. Bu məqsədlər üçün 18 milyon avroya yaxın vəsait ayrılacaq. “Estoniyanın şərq sərhədində və dörd ən böyük şəhərində dronlardan istifadə etməklə operativ müşahidə və əks-tədbir imkanları yaradılacaq”, - nəşr yazıb.
QAZİLER.AZ