Qələbə günü Moskvaya Trampın adamı gələ bilər - KİV

Qələbə günü Moskvaya Trampın adamı gələ bilər - KİV backend

Böyük Vətən Müharibəsində qələbənin səksəninci ildönümünü qeyd etmək üçün Moskvaya ABŞ-dan “böyük qonaq” gələ bilər.

Qaziler.az xəbər verir ki, bu barədə Amerikanın “Newsweek” nəşri yazıb.

Məqalədə qeyd olunur ki, Vladimir Putin mütəmadi olaraq Qələbə Günü ilə bağlı tədbirlərə xarici qonaqları dəvət edir və bu il Qələbə Paradına ABŞ-dən qonaq gəlsə, çox güman ki, bu, Donald Tramp administrasiyasından olacaq. “Rusiya lideri bu əlamətdar gündə ABŞ-dən xüsusi qonaq gözləyə bilər", - mətndə qeyd edilib.

“Newsweek” xatırladıb ki, 2020-ci ildə ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen Moskvada keçirilən tədbirdə iştirak edib, çünki Trampın özü ona edilən təzyiqə görə səfərini ləğv etmək məcburiyyətində qalıb.

QAZİLER.AZ

Diaspora