Qazaxıstan prezidenti Hursultan Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyev Avstriya həbsxanasında ölü tapılıb. Qazilər.az saytı Reuters-ə istinadən bildirir ki, onun özünü öldürdüyü ehtimal edilir.
Avstriyanın “Kurier” nəşrinin bildirdiyinə görə Əliyev kamerada asılmış vəziyyətdə tapılıb. Onun vəkili isə bunun özünə qəsd olduğuna şübhə edir. Bildirilir ki, Əliyev bir neçə gün əvvəl üç nəfərlik kameradan bir nəfərlik kameraya köçürülmüşdü.2014-cü ilin dekabr ayında R. Əliyev 2007 – ci ildə Avstriyada iki bankirin öldürülməsində günahlandırılıb. O, həmin ilin iyununda həbs edilib , 2011-ci ildə isə onun haqqında cinayət işi qaldırılıb. Bildirilir ki, onun bu işdə təqsirləndirilməsi “Nurbank”ın meneceri Joldas Timrəliyev və Aybar Xasenov arasındakı münaqişə ilə bağlıdır. Bankirlər 2007 –ci ildə itmiş, dörd il sonra isə onların cəsədi tapılmışdı.
Qazaxıstanda isə o, hakimiyyət çevrilişi və insan oğurluğu ilə məşğul olan cinayətkar qrup yaratmaqda günahlandırılır.
Rahat Əliyev 2008 –ci ilə qədər Qazaxıstan prezidentinin böyük qızı Dariqa ilə evli olub.