İsrail 2023-cü il oktyabrın 8-də başlayan müharibədən sonra HƏMAS ilə atəşkəs razılaşması əsasında saxlanılan və həbs edilən 1000 fələstinlini həbsdən azad edəcək.
Qaziler.az bildirir ki, “RİA Novosti” bu barədə atəşkəs layihəsinə istinadən xəbər verir.
Fələstin anklavının şimal hissəsinə köçkünlərin qaytarılması yanvarın 22-dən başlayacaq.
İsrail həmçinin atəşkəsin bağlanmasından sonra 50 gündən gec olmayaraq, Filadelfi dəhlizindən (Qəzza zolağı ilə Misir arasındakı sərhəd) qoşunların çıxarılmasını başa çatdırmağı öhdəsinə götürüb.
QAZİLER.AZ