İsrail hərbçiləri 2023-cü ilin oktyabrında Fələstinin HƏMAS hərəkatı tərəfindən götürülən girovları qəbul etmək üçün hazırlıqlara başladığını rəsmi olaraq açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə TASS SAXAL-a istinadla xəbər verib.
Məlumatda bildirilib ki, İsrail girovlar üçün başladılan hazırlıqları “Azadlıq qanadları” əməliyyatı adlandırıb.
“İsrail Müdafiə Qüvvələrinin girovların qaytarılması üçün hazırlıq fəaliyyətləri “Azadlıq qanadları” adlanır”, - İsrail ordusunun bəyanatında deyilib.
Yanvarın 15-də CNN İsrail hakimiyyətinin Qəzza zolağında atəşkəs və girovların mərhələli şəkildə azad edilməsi ilə bağlı HƏMAS ilə razılığa gəldiyini bildirib. Hələ rəsmi olaraq açıqlanmayan razılaşmaya əsasən, HƏMAS və onun müttəfiqi 7 oktyabr 2023-cü il hücumları zamanı İsraildə girov götürülmüş 33 nəfəri, bunun müqabilində yəhudi dövlətinin İsrail həbsxanalarında məhbus olan yüzlərlə fələstinlini azad edəcəyi gözlənilir.
QAZİLER.AZ