Macarıstanın Baş naziri Viktor Orban ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də Vaşinqtonda keçiriləcək andiçmə mərasimində iştirak etməyəcək.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə Macarıstan baş nazirinin mətbuat katibi Bertalan Havaşi bildirib. Onun sözlərinə görə, Macarıstan hökumətinin başçısı həmin gün Budapeştdə keçiriləcək konfransda ölkənin Avropa Şurasına sədrliyini dəyərləndirməklə çıxış edəcək.
“İsti münasibətlərə baxmayaraq, Viktor Orban 2025-ci il yanvarın 20-də ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində iştirak etməyəcək”, - Havaşi bildirib.
QAZİLER.AZ