Almaniyanın sabiq kansleri Helmut Şmidt 97 yaşında Hamburqda vəfat edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “DPA” agentliyi məlumat yayıb.
Almaniyanın beşinci kansleri Helmut Şmidt 1974-cü ildən 1982-ci ilədək hakimiyyətdə olub.
Onun hakimiyyəti dövründə Almaniya neft böhranları, 70-ci illərin kəskin işsizliyi, 1977-ci ilin “alman payızı” – “Qızıl Ordu Fraksiyası” (Rote Armee Fraktion ) ekstremist hərəkatının terroru və s. kimi bir çox çağırışlarla mübarizə aparıb.
Sentyabrın 2-də Helmut Şmidt ayağından (damarda tromb) əməliyyat olunub.