Fransa pensiya islahatını ləğv etməkdən imtina edir

Fransa pensiya islahatını ləğv etməkdən imtina edir backend

Fransada pensiya islahatının ləğvi cinayət olardı.

Qaziler.az bildirir ki, bunu Fransanın Baş naziri Fransua Bayru deyib. Onun sözlərini  RİA Novosti sitat gətirir.

“Pensiya islahatları ölkəmiz və sosial modelimiz üçün əsasdır. Onun ləğvi ölkəmizə qarşı cinayət olardı. Bu, vətəndaşlarımızın pensiyalarının ödənilməsi yükünün gənc nəslin üzərinə qoyulması demək olardı”, - deyə Fransa hökumətinin başçısı izah edib.

Bayrunun sözlərinə görə, bütün maraqları nəzərə almaq və “razılaşmaq” üçün islahatı nəzərdən keçirmək və təkmilləşdirmək mümkündür.

2023-cü ilin yazında Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılması ilə bağlı müzakirələr fonunda genişmiqyaslı etiraz aksiyaları keçirilib.

QAZİLER.AZ

Diaspora