ABŞ Rusiya detalları olan avtomobillərə qadağa qoymaq istəyir

ABŞ Rusiya detalları olan avtomobillərə qadağa qoymaq istəyir backend

ABŞ-nin hazırkı prezidenti Co Baydenin administrasiyası Çin və Rusiya texnologiyaları ilə işləyən smart avtomobillərin Amerika yollarında istifadəsini qadağan edən qaydalar hazırlayıb.

Qaziler.az xəbər verir ki, bu haqda “Bloomberg” Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosunun hesabatına istinadən yazıb.

“İdarə qadağanı müasir avtomobillərin tez-tez internetə qoşulan qurğularla təchiz olunması ilə əsaslandırıb. Bu cür texnologiyalar sürücü və ya avtomobilin sahibi haqqında həssas məlumatları toplamaq potensialına malikdir. Bu, istehlakçıların məxfiliyini pozur”, - nazirlik aydınlıq gətirib.

QAZİLER.AZ

Diaspora