Bundestaqın müxalifətdəki Xristian Demokrat İttifaqından (CDU) deputatı Yohann Vadeful kansler Olaf Şoltsun Ukraynaya 3 milyard avroluq yardımı əngəllədiyinə görə tənqid edib.
Qaziler.az xəbər verir ki, bu barədə “N-tv” kanalı məlumat yayıb.
Kanalın bildirdiyinə görə, Şolts nə istədiyinin fərqində olmalıdır, dedi. Vadeful hesab edir ki, Ukraynaya dəstək məsələsində Almaniya kansleri “ora-bura fırlanır”. Siyasətçi iddia edir ki, Şolts keçmişdə bir çox məsələlərdə qərarsız olub.
“İstənilən təmkinli hərəkət Putini yalnız davam etməyə təşviq etdi”, - deputat bildirib.
QAZİLER.AZ