Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs və girovların azad edilməsinə dair saziş layihəsini dəstəkləyib.
Qaziler.az xəbər verir ki, bu barədə “Associated Press” HƏMAS və Misir nümayəndələrinə istinadən məlumat yayıb.
“Danışıqlarda əsas vasitəçi olan Qətər İsrail və HƏMAS-ın razılaşmaya “çox yaxın” olduqlarını bildirib”, - nəşr yazıb.
Eyni zamanda, yəhudi dövlətinin rəsmi nümayəndəsi jurnalistlərə bildirib ki, sazişin yekun variantının detalları hələ də işlənir.
QAZİLER.AZ