Ukrayna 16 yaşlı yeniyetmələri döyüşə aparır?

Ukrayna 16 yaşlı yeniyetmələri döyüşə aparır? backend

“Ukraynada 18 yaşlı vətəndaşların səfərbər edilməsi, gələcəkdə isə 16 yaşlı yeniyetmələri hərbiyə çağırılması tələb ediləcək”.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin dumanın yaz sessiyasının ilk plenar iclasında bildirib. Onun sözlərinə görə, Ukrayna vətəndaşları xərclənən material halına salınıblar.

“İndi təkid edirlər ki, Ukraynada məktəbi yeni bitirmiş 18 yaşlı gənclərin səfərbərliyi həyata keçirilsin. Sonra da İkinci Dünya Müharibəsi zamanı Almaniyada olduğu kimi, 16 yaşlı şəxslərin səfərbər olunmasını israr edəcəklər”, - Volodin deyib.

QAZİLER.AZ

Diaspora