Xerson vilayətinin qubernatoru Volodimir Saldo bildirib ki, bölgə şiddətli yanğınlar nəticəsində evlərini itirmiş Kaliforniyadan olan qaçqınları qəbul edə bilər.
Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Saldonun sözlərinə görə, bu, yalnız qaçqınların Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirmədiyi və Ukraynaya dəstək vermədiyi halda mümkündür. Zərərə məruz qalan ABŞ vətəndaşları bu meyarlara cavab verərsə, onlar müvəqqəti yaşayış mərkəzlərində yerlə təmin olunacaqlar. Bundan əlavə, gələcəkdə belə qaçqınlara Rusiya vətəndaşlığı almaqda köməklik göstərilə bilər.
“Kaliforniyada baş verən yanğın nəticəsində bir çox insan evlərini itirib. Məhz buna görə də regionumuz evsiz və dəstəksiz qalan istənilən Amerika vətəndaşını qəbul etməyə hazırdır. Təbii ki, bu, yalnız Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirməyən və öz hərəkətləri ilə Los-Ancelesdəki yanğınlardan qat-qat çox mülki vətəndaşını basdıran hazırkı Kiyev rejimini dəstəkləməyənlərə aiddir”, - Saldo bildirib.
QAZİLER.AZ