"Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin sakinləri bu ölkələrin hakimiyyət orqanları hərbi ehtiyaclar üçün pul ayırmağa başlamasalar, rus dilini öyrənməli olacaqlar".
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte xəbərdarlıq edib.
Təşkilat rəhbəri Avropa Parlamentində (AP) çıxışı zamanı müdafiə xərclərinin artırılmasının zəruriliyindən danışıb.
"Əgər bunu etməsək, dörd-beş ildən sonra biz rus dili kurslarına və ya Yeni Zelandiyaya getməli olacağıq", - deyə Rutte qeyd edib.
NATO-nun baş katibi həmçinin ölkənin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonra ABŞ-nin təşkilatı tərk etməyəcəyinə əminliyini ifadə edib. Ruttenin sözlərinə görə, Amerika rəhbərliyi gələcəkdə də Aİ-yə dəstəyini davam etdirəcək.
QAZİLER.AZ