Serbiya: ABŞ müdaxilə etməsəydi, Ukraynada münaqişə baş verməzdi

Serbiya: ABŞ müdaxilə etməsəydi, Ukraynada münaqişə baş verməzdi backend

Serbiyanın “Pechat” jurnalının müəlliflərinin fikrincə, ABŞ müdaxilə etməsəydi, Ukraynada münaqişə baş verməzdi.

Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla bildirir.

Serbiyalı jurnalistlərin fikrincə, Amerikanın Ukrayna Silahlı Qüvvələrinə dəstəyi olmasaydı və müharibə başlasaydı, döyüşlər bir neçə aya bitəcəkdi.

“Onda münaqişə bir neçə ay ərzində bitəcəkdi. Ukrayna hətta ən ekstremal halda əhəmiyyətli dərəcədə daha az ərazi və insan itkisinə məruz qalacaqdı. Əslində Kiyevin döyüşmək üçün resursları olmadığından, münaqişə də baş verməyəcəkdi”, - məqalədə deyilib.

Jurnalistlər qeyd ediblər ki, Amerika münaqişə başlamazdan əvvəl Ukraynanı gizli şəkildə silahla təmin edib. Onların fikrincə, vəziyyətin uzanmasına Vaşinqtonun məhz bu hərəkətləri səbəb olub.

QAZİLER.AZ

Diaspora