"F-35" qırıcıları Qrenlandiyadan Rusiyaya uça bilməyəcək - KİV

"F-35" qırıcıları Qrenlandiyadan Rusiyaya uça bilməyəcək - KİV backend

“Nüvə silahını daşımaq qabiliyyətinə malik olan “F-35” qırıcıları yanacaq doldurmaqla belə Qrenlandiyadan Rusiyaya uça bilməyəcək".

Qaziler.az xəbər verir ki, bu barədə “Military Watch Magazine” yazıb.

Amerika nəşrinin analitiklərinin fikrincə, Qrenlandiya Rusiya sərhədindən təxminən 3800 kilometr aralıda yerləşir, “F-35”in döyüş radiusu isə cəmi min kilometrə yaxındır.

Mütəxəssislər hətta ən uzun mənzilli qırıcıların - Rusiyanın “Su-34” və Çinin “J-20” təyyarələrinin daxili yanacaq ehtiyatlarına görə döyüş radiusunun iki min kilometrdən çox olmadığını vurğulayırlar.

Onlar qeyd ediblər ki, Qərb ölkələrində heç bir qırıcı bu baxımdan “Su-34” və “J-20” ilə müqayisə oluna bilməz. Mütəxəssislərin fikrincə, “F-35”in istifadəsi tez-tez yanacaq doldurmağa sərf olunsa da, uçuş radiusunda kifayət qədər artım hələ də mümkün deyil.

QAZİLER.AZ

Diaspora