Almaniyada "Flixbus" sərnişin avtobusunun iştirakı ilə qəza baş verib. Hadisə nəticəsində Ukrayna vətəndaşı ölüb.
Qaziler.az bildrir ki, bu barədə RBC-Ukrayna Almaniya mətbuatına istinadən məlumat yayıb.
"Flixbus" avtobusunun qəzaya uğradığı bildirilir. Yerli polis qəzaya pis hava şəraitinin səbəb olduğunu hesab edir.
“Pis hava şəraiti ilə əlaqədar avtobus dayanacağın yaxınlığından Polşa istiqamətində yoldan çıxıb və aşıb”, - deyə polisdən bildirilib.
13 sərnişini olan avtobus Berlindən Polşanın Şeçin şəhərinə gedirmiş. Hadisə nəticəsində 29 yaşlı qadın və 48 yaşlı kişi ölüb.
Polşanın RMF24 resursunun bu gün verdiyi məlumata görə, ölənlər Ukrayna və Almaniya vətəndaşlarıdır. Xəsarət alanlar arasında Polşa pasportu olan dörd nəfər də var. Daha dörd nəfər isə ağır yaralanıb.
İlkin məlumata görə, sürücü qar fırtınasını gözləmək üçün A11 magistralını tərk edərək yolun kənarına çıxıb və dayanacağın hasarına çırpılıb. Avtobus sonra aşıb.
QAZİLER.AZ