ABŞ-dan uçan sərnişin təyyarəsi Rusiyaya məcburi eniş edib

ABŞ-dan uçan sərnişin təyyarəsi Rusiyaya məcburi eniş edib backend

ABŞ-dan uçan "Uzbekistan Airways"a məxsus sərnişin təyyarəsi göyərtəsində sərxoş olan bir nəfərin narahatçılığı səbəbindən Rusiyada məcburi eniş edib.

Qaziler.az bildirir ki, bu barədə Shot Telegram kanalı məlumat yayıb.

Laynerin Nyu-Yorkdan Daşkəndə uçduğu dəqiqləşib. 26 yaşlı Suxrob U. uçuş zamanı çox sərxoş olub və təyyarədə hay-küy salıb ki, bu da digər sərnişinlərin xoşuna gəlməyib. Ancaq problem yaradan onların narazılığına əhəmiyyət verməyib. Nəticədə həmin şəxsi bağlamaq lazım gəlib və təyyarə Kazana enməyə məcbur olub.

Narazılıq yaradan şəxs təyyarədən çıxarılıb və təyyarə sağ-salamat Özbəkistan paytaxtına çatıb.

QAZİLER.AZ

Diaspora