İsrailin baş naziri Benyamin Netanyahu İlk dəfə olaraq İranın nüvə proqramı ilə bağlı razılaşmanın tərəfdarı olduğunu bildirib. APA TV-nin "Euronews" istinadən məlumatına görə, Vaşinqtona səfəri zamanı baş nazir Tehran tərəfinin nüvə razılaşmasına əməl etməsinin vacibliyindən də danışıb.
Qeyd edək ki, daha öncə Netanyahu dəfələrlə İranla nüvə razılaşması və ölkənin üzərindəki sanksiyaların ləğv edilməsinin əleyhinə çıxış edib. Məsələ baş nazirin Barak Obama ilə danışıqları zamanı da müzakirə mövzusu olub.