Kanadanın keçmiş baş nazirindən Trampa: Özünə gəl!

Kanadanın keçmiş baş nazirindən Trampa:  Özünə gəl! backend

Kanadanın keçmiş baş naziri, yanvarın 11-də 91 yaşı tamam olan Jan Kretyen "The Globe and Mail"dəki köşə yazısında ABŞ-nin yeni seçilmiş 78 yaşlı prezidenti Donald Trampa "qoca qocaya" müraciət edərək ondan özünə gəlməyi, Kanadanın Birləşmiş Ştatlara birləşdirilməsi ideyasından əl çəkməyə çağırıb. 

"Donald Trampa, qocadan qocaya: Özünə gəl! Səni nə vadar edir düşünəsən ki, kanadalılar Birləşmiş Ştatlarla birləşmək üçün dünyanın ən yaxşı ölkəsindən imtina edəcək - biz, şübhəsiz ki, elə beləyik?", - Kretyen yazıb.

Keçmiş baş nazir deyib ki, Trampın Kanadanı ABŞ-ın 51-ci ştatı etmək istəməsi ilə bağlı bəyanatları onun suverenliyini təhdid edir və tamamilə qəbuledilməzdir. Kretyen vurğulamışdır ki, ölkə xalqı öz müstəqilliyini yüksək qiymətləndirir və dövlətini anlaşma, dözümlülük, həssas təbəqələrin müdafiəsi və müxtəlif dinlərə və mənşəyə malik insanlar arasında harmoniya prinsipləri əsasında qurub.

Keçmiş baş nazir təhdid və təhqirlərin kanadalıları inanclarından əl çəkməyə məcbur etməyəcəyinə diqqət çəkib. Kanadanın ABŞ-dan əvvəl girdiyi, öz azadlığı uğrunda mübarizə apardığı iki dünya müharibəsi buna sübutdur.

Kretyen Kanada siyasətçilərinə müraciət edərək, onları Trampa qarşı duraraq əzm və liderlik nümayiş etdirməyə çağırıb. Keçmiş baş nazir əlavə edib ki, ABŞ-ın yeni seçilmiş prezidentinin bəyanatları kanadalıları həmişəkindən daha çox birləşdirib.

Kretyen 1993-2003-cü illərdə Kanadanın Baş naziri vəzifəsində çalışıb.

QAZİLER.AZ

Diaspora