Polşa Slovakiya nümayəndə heyətinin Rusiyaya uçuşuna İCAZƏ VERMƏDİ

Polşa Slovakiya nümayəndə heyətinin Rusiyaya uçuşuna İCAZƏ VERMƏDİ backend

Polşa Slovakiya parlamentinin nümayəndə heyətini daşıyan təyyarənin Rusiyaya uçmasına icazə verməyib.

QAZÍLER.AZ  Musavat.com-a istinaden xəbər verir ki, bu barədə nümayəndə heyətinin üzvü Peter Qaşpar məlumat verib.

Slovakiya Milli Şurasının (birpalatalı parlament) vitse-spikeri Andrey Dankonun olduğu xüsusi təyyarə Çexiya və Almaniya üzərindən yola düşüb.

Bildirilib ki, bazar ertəsi Danko və Slovakiya parlamentinin digər vitse-spikeri Tibor Qaşpar Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodininlə görüşəcək. Çərşənbə axşamı onların Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də görüşü nəzərdə tutulub.

Diaspora