Xorvatiyada bazar günü prezident seçkisinin ikinci turu keçirilir.
QAZÍLER.AZ Oxu.Az-a istinadən xəbər verir ki, ölkə sakinləri daha beş il müddətinə öz dövlət başçısını seçəcəklər.
Xorvatiya Milli Seçki Komissiyasının məlumatına görə, bu seçkidə 3 milyon 769 min 598 seçici səs vermək hüququna malikdir, onlardan 251 min 170 nəfəri xaricdə səs verə biləcək. Səs vermək istəyənlər üçün 6755 seçki məntəqəsi açıq olacaq, onlardan 105-i 38 ölkədə olacaq.
Dövlət başçısı vəzifəsinə namizədlər hazırkı Prezident Zoran Milanoviç və keçmiş elm, təhsil və idman naziri Draqan Primoratsdır.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
