ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp Los-Anceles ətrafında ölümcül meşə yanğınları ilə bağlı rəsmiləri səriştəsizlikdə ittiham edib.
QAZÍLER.AZ “Qafqazinfo”-ya istinaden xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
O, hazırkı administrasiyanı və Kaliforniya rəsmilərini sərt tənqid edib: “Los-Ancelesdə yanğınlar hələ də davam edir. Bacarıqsız siyasətçilər onları söndürmək üçün bir yol tapa bilmirlər”.
Tramp əlavə edib ki, minlərlə ecazkar evlər yox olub: “Bu, ölkəmizin tarixindəki ən dəhşətli fəlakətlərdən biridir. Yanğınları söndürə bilmirlər. Onlara nə olub?”.