Xorvatiyada prezident seçkilərinin ikinci turu başlayır

Xorvatiyada prezident seçkilərinin ikinci turu başlayır backend

Xorvatiyada yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 10:00) saat 19:00-a qədər (22:00) davam edəcək prezident seçkilərinin ikinci turunda səs vermək üçün ölkə daxilində və xaricdə 6,5 mindən çox seçki məntəqəsi açılıb.

QAZÍLER.AZ  “Report”-a istinaden xəbər verir ki, bu barədə Xorvatiyanın Dövlət Seçki Komissiyası məlumat yayıb.

Qeyd olunub ki, seçkilərdə 3 milyon 769 min 598 seçici səs vermək hüququna malikdir. Onlardan 251 min 170 nəfəri xaricdə səs verə biləcək. Səs vermək istəyənlər üçün 6755 seçki məntəqəsi açıq olacaq.

Ölkə vətəndaşları ikinci tura keçən iki namizəddən birinə səs verməli olacaqlar. Beş il müddətinə dövlət başçısı postuna namizədlər əvvəlki turda birinci və ikinci yerləri tutmuş hazırkı prezident Zoran Milanoviç və həkim, alim, keçmiş elm, təhsil və idman naziri Draqan Primorakdır.

Qeyd edək ki, 2024-cü il dekabrın 29-da keçirilən ilk turda Xorvatiya prezidenti postuna 8 namizəddən heç biri 50%-dən çox səs toplaya bilməyib. Milanoviç və Primorak müvafiq olaraq 49,09 % və 19,35 % səs toplayıblar. İkinci turda qalib nisbi səs çoxluğuna görə seçiləcək. Yəni rəqibindən daha çox səs toplayan namizəd olacaq.

Xorvatiyanın Nova TV telekanalının sifarişi ilə IPSOS agentliyinin araşdırmasına görə, Zoran Milanoviç hələ də Draqan Primoraç üzərində əhəmiyyətli üstünlüyə malikdir.

 

 

Diaspora