Alimlər Kaliforniyada yanğınlar səbəbindən yeni bir pandemiya proqnozlaşdırırlar.
QAZÍLER.AZ Musavat.com-a istinaden xəbər verir ki, mütəxəssislər göbələklərin növbəti pandemiyaya səbəb ola biləcəyindən getdikcə daha çox narahatdırlar.
Alimlər bildirirlər ki, buna səbəb təbii fəlakətlər, xüsusilə Kaliforniya yanğınları ola bilər.
Ölümcül sporlar yanğınlarla birlikdə ölkə boyu tüstü buludları formasında yayılaraq təhlükə yarada bilər.
İqlimin istiləşməsi ilə göbələklərin daha yüksək temperatur şəraitinə sürətlə uyğunlaşması, onların qanımıza, ağciyərlərimizə və beynimizə nüfuz etməsinə imkan verəcək. Alimlər artıq insandan-insana keçə bilən ölümcül göbələkləri aşkarlayıblar.