Panama prezidenti Xose Raul Mulino Donald Trampın ölkəsinə qarşı ritorikasını davam etdirəcəyi təqdirdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) müraciət edəcək.
QAZÍLER.AZ Publika.az-a istinaden xəbər verir ki, Panamanın keçmiş lideri Ernesto Balladares bildirib ki, hazırkı ölkə lideri Xose Raul Mulino şəxsi söhbətində Donald Trampın andiçmə mərasimindən sonra təhdidlərini davam etdirəcəyi təqdirdə bu məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxaracağını diqqətə çatdırıb.
Balladares qeyd edib ki, Panama liderinin başqa mümkün hərəkətlərdən bəhs etməyib:
“Trampın açıqlamalarından Panamada hamı kimi mən də təəccübləndim”.
Qeyd edək ki, yanvarın 20-də keçiriləcək andiçmə mərasimi ilə ABŞ prezidenti vəzifəsinin icrasına başlayacaq Tramp Ağ Evə köçməzdən əvvəl də ölkə daxilində olduğu kimi beynəlxalq münasibətlərdə böhranlar yaşayır. Onlardan biri Panama kanalı haqqındadır. Tramp hər fürsətdə Panama kanalına nəzarəti ələ keçirmək arzusunu ifadə edir.