Suriyada "ən-Nüsra Cəbhəsi" qruplaşmasının liderlərindən biri - Fəysal Şərif öldürülüb. APA TV-nin "Rossiya 24" telekanalına istinadən məlumatına görə, Əsəd qüvvələri ilə silahlı müxalifət qruplaşması arasında Latakiya bölgəsində şiddətli döyüş baş verib.
Bir neçə yaşayış məntəqəsi hökumət qüvvələrinin nəzarətinə keçib. Üsyançıların ağır itki verdiyi bildirilir.
Suriya ordusu Hələb istiqamətində də genişmiqyaslı hücumlarını davam etdirir. Bu hücumlar rus aviasiyasının dəstəyi ilə baş tutur. Hələb, Dəməşq, İdlib, Latakiya, Rəqqa, Həma və Homs əyalətlərində də döyüşlər davam edir. İŞİD-ə və silahlı müxalifət qruplaşmalarının mövqelərinə ağır zərbələr endirilib.