Los-Ancelesdə daha 150 min sakinə təxliyə əmri verildi

Los-Ancelesdə daha 150 min sakinə təxliyə əmri verildi backend

Los-Ancelesdə baş verən yanğınlarla əlaqədar bölgədə yaşayan 150 min sakinə təxliyə əmri verilib.

QAZÍLER.AZ Axar.az-a istinaden xəbər verir ki, yanğınlar nəticəsində 10 mindən çox mülk zərər görüb və bu rəqəmin yaxın günlərdə daha da artacağı gözlənilir. Los-Anceles vilayətinin şerifi Robert Lunanın sözlərinə əsasən, 57 min 830 infrastruktur yanmaq riski altındadır.

Ümumilikdə meşə yanğınları nəticəsində 145 kvadratkilometr ərazi yanıb. Bu, 1,6 milyon nyu-yorklunun yaşadığı Manhetten bölgəsindən 2,5 dəfə böyükdür.

Qeyd edək ki, yanvarın 9-da güclü meşə yanğınlarının davam etdiyi Los-Anceles dairəsində 180 min insana təxliyə ilə bağlı xəbərdarlıq edilmişdi.

Diaspora