Bolqarıstan Ukraynadan ərazisini geri qaytarmasını TƏLƏB ETDİ

Bolqarıstan Ukraynadan ərazisini geri qaytarmasını TƏLƏB ETDİ backend

Ukraynanın Odessa vilayətinin cənubu (Cənubi Bessarabiya) Bolqarıstana qaytarılmalıdır.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu barədə Bolqarıstan Dirçəliş Partiyasının lideri Kostadin Kostadinov özünün teleqram kanalında məlumat deyib. 

Siyasətçi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Kanadaya qarşı iddialarını tam əsaslı adlandırıb. Eyni şey Ağ Evin gələcək sahibinin Panama kanalı ilə bağlı iddialarına da aiddir, o qeyd edib.

“Eyni şey Cənubi Bessarabiyaya da aiddir... Bolqarıstan və Makedoniyanın vahid ümumi dövlətdə birləşdirilməsi, eləcə də Cənubi Bessarabiyanın Bolqarıstana qaytarılmasından daha məntiqli heç nə yoxdur”, - Kostadinov hesab edir.

O qeyd edib ki, 450 ildən artıqdır ki, bu bölgənin yerli əhalisi bolqarlardır.

QAZİLER.AZ

Diaspora