ABŞ prezidenti Co Bayden administrasiyasının nümayəndələri bildiriblər ki, yeni anti-Rusiya sanksiyalarının tətbiqi ölkənin neft ixracından əldə etdiyi gəlirin azalmasına kömək edəcək və rublun məzənnəsinə mənfi təsir göstərəcək.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” Amerika administrasiyasının yüksək vəzifəli nümayəndələrinə istinadən məlumat yayıb.
“Bu sanksiyalar Rusiyanın maliyyə gəlirlərinin daxil olmasını çətinləşdirəcək və hər ay milyardlarla dollar əlavə xərclərə səbəb olacaq. Bu, öz növbəsində, artıq rekord həddə olan Rusiya valyutasına təzyiq göstərəcək”, - deyə məlumatda bildirilir.
Onlar həmçinin qeyd ediblər ki, vəzifədən gedən administrasiya yeni tədbirlərin Rusiya Bankının əsas faiz dərəcəsinin daha da artmasına gətirib çıxaracağını və ölkədə biznes mühitinə mənfi təsir göstərəcəyini gözləyir.
QAZİLER.AZ