“Spokoynoy noçi, malışi!” (“Gecəniz xeyrə qalsın, balacalar!”) uşaq televiziya proqramının yaradıcıları. 2024-cü il üçün KİV sahəsində Rusiya Hökuməti Mükafatına layiq görülüblər.
Qaziler.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin saytında məlumat verilib.
Mükafat ən qocaman uşaq televiziya proqramlarından birinin 60 illik yubileyi şərəfinə verilib.
Mükafatın qalibləri “Gecəniz xeyrə qalsın, balacalar!” verilişinin aparıcısı Anna Mixalkova, donuz balasını səsləndirən aktrisa Oksana Çabanyuk, ssenarist Yelena Şabaeva, rejissor Natalya Sitkova və direktorlar şurasının sədr müavini Valentina Mitroşenkova olub.
Mükafatı Rusiyanın baş naziri Mixail Mişustin təqdim edib.
QAZİLER.AZ