ABŞ Maduronun ələ keçirilməsi üçün təklif etdiyi mükafatı ARTIRDI

ABŞ Maduronun ələ keçirilməsi üçün təklif etdiyi mükafatı  ARTIRDI backend

ABŞ hökuməti Venesuela prezidenti Nikolas Maduronun üçüncü andiçmə mərasimini tanımır.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytı məlumat yayıb. Bundan əlavə, Vaşinqton onun tutulmasına səbəb olan məlumatlara görə mükafatı 25 milyon dollara qədər artırıb.

Amerika hakimiyyəti daxili işlər, ədliyyə və sülh naziri Diosdado Kabelonun yeri ilə bağlı məlumat üçün analoji məbləği ödəməyə hazırdır. Bundan əlavə, ABŞ müdafiə naziri Vladimir Padrino Lopezin həbsinə və mühakimə olunmasına səbəb olacaq informasiya üçün məlumat verən şəxsə 15 milyon dollar mükafat təklif etməyə razılaşıb.

Qeyd edək ki, yanvarın 10-da Nikolas Maduro üçüncü dəfə Venesuela prezidenti kimi səlahiyyətlərinin icrasına başlayıb və bu vəzifəni 2031-ci ilə qədər icra edəcək. Siyasətçi Karakasdakı parlament binasında and içib.

QAZİLER.AZ

Diaspora