Baltik dənizinin Almaniya sahillərində neft tankeri idarəetməni itirərək suyun üzündə qalıb.
Qaziler.az “NEWS.ru”ya istinadla bildirir ki, bu barədə Almaniya Fövqəladə Hallar Komandanlığı məlumat yayıb. Mövcud məlumatlara görə, gəmidə təxminən 100 min tona yaxın neft var.
Panama bayrağı altında üzən “Eventin” tankeri cümə günü günortadan sonra Rügenin şimalında Baltik dənizinin sahil sularında aşağı sürətlə hərəkət edərək manevr edə bilməyib. Əldə edilən məlumatlara görə, tanker təxminən 99 min ton neftlə yüklənib”, - açıqlamada qeyd edilib.
QAZİLER.AZ