Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər İsrailə qarşı hücumlarının ağır bədəlini ödəyirlər və ödəməyə davam edəcəklər.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu deyib. Onun sözlərinə görə, İsrail əsgərləri artıq qruplaşmanın Yəməndəki obyektlərinə zərbələr endirib.
Söz verdiyimiz kimi, husilər bizə qarşı təcavüzlərinin böyük bədəlini ödəyir və ödəməyə davam edəcəklər. Bu gün biz Yəmənin qərb sahilində və dərinliklərində husi rejiminin terrorçu hədəflərini vurduq”, - Netanyahu deyib.
QAZİLER.AZ