Naməlum şəxslər Almaniyanın qərbində yerləşən Köln-Van hərbi aviabazasının kazarmasına daxil olub. Onlar su stansiyasına aparan qapını sındırmağa cəhd ediblər.
Qaziler.az xəbər verir ki, bu barədə “Der Spiegel” mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, bu, 2024-cü ildə baş verən ilk belə hal deyil;
“İlkin istintaq məlumatlarına görə, cinayəti törədən şəxs və ya cinayətkarlar dekabrın sonu yanvarın əvvəli arasında Bundesverin hasarlanmış ərazisinə (Köln-Vahn) daxil olaraq kazarmanın su təchizatı stansiyasının qapısını sındırmağa cəhd ediblər”, - məqalədə bildirilib.
Qeyd olunub ki, naməlum şəxslər yaxınlıqdakı radio dirəyi də zədələyib və onun üzərinə çıxmaq üçün metal çəpəri sökməyə cəhd ediblər. Lakin onların bu cəhdi görünür, uğursuz olub. Artıq Köln polisi araşdırmaya başlayıb.
Müəlliflər xatırladıblar ki, aviabazaya soxulmaq istəyənlərin izləri artıq ötən ilin avqustunda da aşkar edilib, bundan sonra obyektdəki kazarmalar müvəqqəti olaraq bağlanıb.
QAZİLER.AZ