İran prezidenti Həsən Ruhani Avropaya səfəri çərçivəsində Roma Papası Fransisklə görüşəcək. Haqqin.az İRNA-ya istinadən xəbər verir ki, səfər noyabr ayının 14-də baş tutacaq. Bundan başqa İran prezidentini müşayiət edən nümayəndə heyətinin üzvləri italyan sahibkarlarla görüşüb ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər.
Eyni zamanda Həsən Ruhaninin noyabrın 16-da UNESCO-nun 70 illik yubileyinə həsr olunmuş “Liderlər Forumu”nda çıxışı da gözlənilir.
Onu da xatırladaq ki, bu, Həsən Ruhaninin 2013-cü ildə prezident seçiləndən sonra Avropaya ilk səfəridir. Səfərin təşəbbüsçüsü İtaliya tərəfidir.