"Canadair CL-415 Super Scooper" yanğınsöndürmə təyyarəsi Kaliforniyada meşə yanğınları ilə mübarizə apararkən pilotsuz təyyarə ilə toqquşub.
Qaziler.az bildirir ki, bu barədə yanvarın 10-da ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) istinadən War Zone nəşri məlumat verib.
"Cümə axşamı Los-Ancelesin Palisades bölgəsində yanğınla mübarizə aparan yanğınsöndürmə təyyarəsi dronla toqquşub", - məlumatda deyilir.
Qeyd olunur ki, təyyarə təcili eniş edə bilib. Lakin toqquşmadan sonra təyyarə yararsız hala düşüb.
Bundan əlavə, Los-Anceles ərazisində müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edilib.
Hadisə ilə bağlı araşdırma aparılacaq.
QAZİLER,AZ