ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə görüşə hazırlıq gedir.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Tramp bunu Floridada Mar-a-Laqoda iqamətgahında Respublikaçı qubernatorlarla görüşdən əvvəl deyib.
"O, görüşmək istəyir və biz hazırlaşırıq", - Tramp bildirib.
“Prezident Putin görüşmək istəyir. O, bunu açıq şəkildə söylədi və biz bu müharibəni bitirməliyik”, - Tramp bildirib.
Tramp görüşün nə vaxt keçirilə biləcəyini açıqlamayıb.
Putinin mətbuat katibi Dmitri Peskov bir gün əvvəl jurnalistlərə Trampın yanvarın 20-də keçirilən andiçmə mərasimindən sonra Rusiya prezidenti ilə əlaqə qurmaq niyyətini saxlasa, Moskvanın bunu alqışlayacağını desə də, Kreml hələlik Trampın bəyanatını şərh etməyib.
“Əgər vəzifəyə gəldikdən sonra ən yüksək səviyyədə əlaqələri bərpa etmək üçün siyasi iradə qorunursa, əlbəttə ki, prezident Putin bunu alqışlayır”, - Peskov bildirib.
QAZİLER.AZ