Polşa hökuməti baş nazir Binyamin Netanyahu da daxil olmaqla İsrail nümayəndələrinin Osvensim həbs düşərgəsinin azad edilməsinin 80 illiyi ilə bağlı tədbirlərdə sərbəst və təhlükəsiz iştirakını təmin edəcək.
Qaziler.az bildirir ki, bu barədə yanvarın 9-da Polşa hökumətinin informasiya mərkəzi məlumat yayıb.
“2025-ci il yanvarın 27-nə planlaşdırılan Ostvensimdəki keçmiş alman nasist ölüm düşərgəsi Auşvits-Birkenau-nun azad edilməsinin 80-ci ildönümünün qeyd edilməsi ilə əlaqədar Polşa hökuməti İsrailin yüksək səviyyəli nümayəndələrinin tədbirdə azad və təhlükəsiz iştirakını təmin edəcəyini bəyan edir”, - bu barədə Polşanın Onet portalına istinadən mərkəzin bəyanatında deyilir.
Polşa hökuməti Netanyahunun və digər İsrail liderlərinin təhlükəsizliyini təmin etməyi milyonlarla Holokost qurbanı olan yəhudi xalqına verilən layiqli əvəzin bir hissəsi hesab etdiyini bildirdi.
QAZİLER.AZ