Türkiyədən Suriyaya qayıdan qaçqınların sayı açıqlanıb

Türkiyədən Suriyaya qayıdan qaçqınların sayı açıqlanıb backend

Bəşər Əsəd rejiminin süqutundan bu günə kimi 52 min 622 suriyalı Türkiyəni tərk edib ölkələrinə dönüblər.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazirin sözlərinə görə, Türkiyədə 2 milyon 880 min suriyalı var.

"Onların ləyaqətli və təhlükəsiz qayıdışı davam edir. Geri qayıdanlardan 41 mini ailə, qalanları isə tək gedən şəxslərdir”, - o əlavə edib.

Qeyd edək ki, Suriyada 61 illik Ərəb Sosialist Dirçəliş Partiyası (BƏƏS) 12 dekabr 2024-cü ildə süqut edib. Bundan sonra Türkiyədə yaşayan suriyalı qaçqınlar öz ölkələrinə qayıtmağa başlayıb.

Report.az

Diaspora