Donald Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Uolts ABŞ-ın yeni seçilmiş prezidentinin Qrenlandiya ilə bağlı açıqlamalarını şərh edərkən, adanın ölkənin milli təhlükəsizliyi üçün çox vacib olduğunu bildirib.
Qaziler.az xəbər verir ki, onun sözlərini “Reuters” agentliyi sitat gətirir.
“Sizdə 60-dan çox buzqıran gəmi ilə Arktikanın kralı olmağa çalışan Rusiya var, bəziləri nüvə enerjisi ilə işləyir. Bizdə onlardan ikisi var və biri yanıb", - Uolts deyib.
Bundan əlavə, o, söhbətin minerallar və təbii ehtiyatlardan getdiyini bildirib.
QAZİLER.AZ