Ukrayna hakimiyyəti ölkənin NATO-ya üzv olmaq istəyi ilə bağlı bəndi konstitusiyadan çıxarmalıdır, çünki onun əsas qanuna salınması səhv idi.
Qaziler.az “Reuters”ə istinadla bildirir ki, bunu dövlətə xəyanətdə şübhəli bilinərək istintaq təcridxanasında olan Ali Radanın deputatı Aleksandr Dubinski öz teleqram kanalında bildirib.
“İndi Ukrayna konstitusiyasının dəyişdirilməsi və NATO-nun oradan çıxarılması ilə bağlı qərarı parlament zalına gətirməyin vaxtıdır”, - Dubinski yazıb.
Onun sözlərinə görə, Ukraynanın NATO-ya üzv olmaq istəyinə görə məsuliyyəti ölkənin keçmiş prezidenti Petro Poroşenko və hazırkı dövlət başçısı Vladimir Zelenski daşımalıdır.
Dubinski xatırladıb ki, NATO-nu konstitusiyaya yazan Poroşenkodur, baxmayaraq ki, o, bunun Rusiya ilə münaqişəyə səbəb olacağını bilirdi. Və Zelenski qarşıdurma yaratmaq üçün bu bəhanədən istifadə etməyə davam edib.
QAZİLER.AZ