Çində meymunçiçəyinin yeni növünə yoluxma halı aşkarlanıb

Çində meymunçiçəyinin yeni növünə yoluxma halı aşkarlanıb backend

Çində həkimlər bir neçə nəfərin meymunçiçəyinə yoluxma halını qeydə alıblar.

Qaziler.az xəbər verir ki, bu barədə TASS Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinə istinadən məlumat yayıb.

Məlumata görə, insanlar virusun “lb” variantına yoluxub və xəstəliyin yayılma ehtimalı aradan qaldırılıb.

İnfeksiya mənbəyinin Konqodan gələn əcnəbi olduğu müəyyən edilib. Xəstəlik aşkar edildikdən sonra müvafiq şöbələr Çjeçzyan və Quandun  əyalətlərində, Tianjin və Pekin şəhərlərində xəstəliyin qarşısının alınması və nəzarət mexanizmini işə salıb. Yoluxmuş əcnəbi ilə yaxın təmasda olan 4 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Yoluxmuşlar səpgi və herpes də daxil olmaqla yüngül simptomlarla qarşılaşıblar. Onlar hazırda həkim nəzarətindədirlər və tibbi yardım alırlar.

Meymunçiçəyi virusunun “Ib” variantı ilk dəfə 2024-cü ilin aprelində Konqoda aşkar edilib. Xəstəlik ölkənin şərq bölgələrinə və qonşu ölkələrə - Ruanda, Keniya, Burundi, Uqanda, Zimbabve və Zambiyaya təsir göstərib.

QAZİLER.AZ

Diaspora