Rusiya qazının Avropaya nəqlinin dayandırılmasından faydalanan tərəf ABŞ-dır.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, ABŞ öz mayeləşdirilmiş təbii qazının qitəyə daha yüksək qiymətlərlə tədarükünü artırıb.
Kremlin sözçüsü LNG-nin spot qiymətlərinin daha yüksək dəyişkənliyə məruz qaldığını vurğulayıb. Onun sözlərinə görə, bu, Avropa iqtisadiyyatının rəqabət qabiliyyətini azaldır və qitə ölkələrinin vətəndaşlarına problemlər əlavə edir.
Eyni zamanda o qeyd edib ki, Avropada hələ də Rusiya Federasiyasından təbii qaz almaqda maraqlı olan və onu almaq istəyən ölkələr var.
QAZİLER.AZ