İl başlayandan Qəzzada öldürülən uşaqların sayı açıqlanıb

İl başlayandan Qəzzada öldürülən uşaqların sayı açıqlanıb backend

BMT-nin məlumatına görə, bu ilin ilk 7 günü ərzində İsrailin Qəzza şəhəri, Xan Yunis və ölkənin cənubunda İsrail tərəfindən "təhlükəsiz zona" olaraq təyin etdiyi əl-Məvasiyə bir gecədə həyata keçirdiyi hücumlarda ən azı 74 fələstinli uşaq həlak olub.

Qaziler.az xəbər verir ki, bu barədə “Al Jazeera” BMT-nin UNISEY uşaq agentliyinə istinadla məlumat yayıb.

UNICEF-in İcraçı Direktoru Ketrin Rassel deyib: “Yeni il qəzzalı uşaqlar üçün hücumlar, məhrumiyyətlər, soyuqlar və əzab gətirib. Atəşkəsin vaxtı çoxdan bitib. Yeni ilin faciəli başlanğıcında çoxlu uşaq ölüb və ya yaxınlarını itirib”.

UNICEF-in bəyanatında həmçinin bildirilir ki, atəşə tutulmaqla yanaşı, sığınacaqların olmaması, qışın soyuq temperaturu uşaqlar üçün ciddi təhlükə yaradır.

QAZİLER.AZ

Diaspora