Ukrayna Silahlı Qüvvələrinin pilotları Kanada, Fransa, Böyük Britaniya, Danimarka və Rumıniyada Amerikanın “F-16” qırıcılarını idarə etmək üçün təlim keçiblər.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Pentaqonun yüksək rütbəli rəsmisi bildirib.
"Kanada, Danimarka, Fransa, Rumıniya və Böyük Britaniya ukraynalı pilotları hazırlayır", - o, brifinq zamanı deyib.
Pentaqon nümayəndəsinin sözlərinə görə, Belçika, Danimarka, Hollandiya və Norveç tərəfindən çatdırılmalı olan Ukraynaya ümumilikdə 79 qırıcı vəd edilib.
QAZİLER.AZ