Ukrayna sərhədçiləri Volın vilayətində Belarusla sərhəddə istehkamlar və mövqelərini qurur.
Qaziler.az xəbər verir ki, bu barədə UNN agentliyinə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko məlumat verib.
Onun sözlərinə görə, ölkənin Silahlı Qüvvələri Belarus istiqamətini “təhlükəli” hesab edir.
“Bu sahədə mühəndis istehkamı ilə yanaşı, atəş mövqelərinin, səngər və səngərlər sisteminin yaradılması da aparılır”, - Demçenko bildirib.
O qeyd edib ki, görülən işlərin məqsədi şimal qonşudan gələn istənilən təhlükəyə qarşı şərait yaratmaqdır.
Həmçinin Belarusla sərhəddə də videomüşahidə sistemi genişləndirilir və müxtəlif maneələr quraşdırılır”, - deyə dövlət sərhəd xidmətinin nümayəndəsi əlavə edib. O xatırladıb ki, Ukrayna-Belarus sərhədinin uzunluğu 1000 km-dən çoxdur.
QAZİLER.AZ