Blinken: ABŞ Ukraynaya yardımını davam etdirəcək

Blinken: ABŞ Ukraynaya yardımını davam etdirəcək backend

ABŞ prezidenti Co Baydenin administrasiyası son gününə qədər Ukraynaya hərbi yardım göndərəcək.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.

“Biz bu administrasiyanın son gününə qədər Ukraynanı və Avropanı dəstəkləyəcəyik”, -  o, G7 ölkələrinin görüşündən sonra İtaliyada keçirilən mətbuat konfransında deyib.

Blinken vurğulayıb ki, Vaşinqton Kiyevin ya 2025-ci ilə qədər döyüşü davam etdirməyə, ya da Moskva ilə güclü mövqedən danışıqlara hazır olması üçün hər şeyi etməyə hazırdır.

QAZİLER.AZ

Diaspora