Pentaqon bugünə qədər Ukraynaya göstərilən hərbi yardımın ümumi məbləğini açıqladı

Pentaqon bugünə qədər Ukraynaya göstərilən hərbi yardımın ümumi məbləğini açıqladı backend

Rusiyanın Ukraynada başlatdığı xüsusi hərbi əməliyyatlardan bugünə qədər ABŞ və müttəfiqlərinin Ukraynaya göstərdiyi hərbi yardımın ümumi məbləği 126 milyard dolları ötüb.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Amerika Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi açıqlama verib.

“Bu günə qədər Birləşmiş Ştatlar, müttəfiqləri və tərəfdaşları 24 fevral 2022-ci il tarixindən etibarən Ukraynaya 126 milyard dollardan çox təhlükəsizlik yardımı göstərib”, - deyə açıqlamada qeyd olunub.

QAZİLER.AZ

Diaspora